

İstanbulda günlərdir təsirli olan qarın ardından Meteorologiya Ümumi Müdirliyi buzlanma xəbərdarlığı etmişdi.
Xalqcəbhəsi.az Türkiyənin “Demirören” Xəbər Agentliyinə istinadən bildirir ki, gecə havanın temperaturu sıfırdan aşağı göstərib və park edilmiş avtomobillərin şüşələri donub.
Şəhərin müxtəlif nöqtələrində hava -3 və -4 dərəcə olub. Polis qrupları yolları yoxlayaraq tədbir görüb, İstanbul Böyükşəhər Bələdiyyəsinə aid qruplar gecə boyu duzlama işləri aparıb.