KİV: Makron və Starmer ABŞ Prezidentini Rusiya ilə danışıqlardan çəkindirməyə çalışırlar Dünya

KİV: Makron və Starmer ABŞ Prezidentini Rusiya ilə danışıqlardan çəkindirməyə çalışırlar

Fransa Prezidenti Emmanyuel Makron və Böyük Britaniya Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampa müraciət ediblər.

APA xəbər verir ki, bu barədə "The Times" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Onlar Trampı gələcəkdə Ukraynanın təhlükəsizliyini Avropanın təmin etməsi müqabilində Rusiya ilə danışıqlardan çəkinməyə çağırıblar.

Qəzetin məlumatına görə, iki ölkə lideri birlikdə çıxış etmək və Trampın münaqişəyə son qoymaq planlarına təsir göstərməyə çalışmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, hər iki liderin ABŞ-a səfərləri gözlənilir.