Aİ Ukraynaya yeni hərbi yardım paketini təqdim edəcək Dünya

Aİ Ukraynaya yeni hərbi yardım paketini təqdim edəcək

Fevralın 24-də Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirləri Ukraynaya növbəti hərbi yardım paketini təqdim etməyə hazırlaşır.

APA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas açıqlama verib.

O bildirib ki, yeni dəstək tədbirləri adıçəkilən ölkəyə silah-sursat göndərilməsini nəzərdə tutur.