

Rusiya Türkiyəni Rusiya-ABŞ danışıqları barədə ətraflı məlumatlandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə XİN başçısı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Moskva Ankaranı Rusiya-ABŞ danışıqları barədə məlumatlandırıb.
Lavrov qeyd edib ki, Moskva Vaşinqtonla təmasları davam etdirəcək.
O, Ər-Riyaddakı görüşün ABŞ ilə normal dialoqa ümid verdiyini qeyd edib.