

Türkiyə ABŞ və Rusiya arasında danışıqlar zamanı müzakirə edilən təhlükəsizlik zəmanəti və digər məsələləri yaxından izləyir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Ankara sülhə töhfə verəcək hər bir addıma dəstək verəcək: “Amma bu xüsusi məsələyə gəldikdə, bizim texniki məsələlərlə bağlı hazırlıqları gördüyümüzdən sonra prezidentimiz lazım olan qərarı verəcək”.