

Avropa İttifaqına üzvlük danışıqları dondurulmuş vəziyyətdədir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunuTürkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.
Hakan Fidan bunun İttifaqın tərkibinə böyük müsəlman ölkəsini qəbul etmək istəməməsi ilə əlaqəli olduğunu qeyd edib.
O BRICS-in isə əksinə, hər din və mədəniyyətdən formalaşan bir birlik olduğunu vurğulayıb.