

Rusiyanın Marseldəki Baş Konsulluğunda baş vermiş partlayışla əlaqədar dost olmayan ölkələrdəki Rusiya konsulluqlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, diplomatik qurumlar tərəfindən qəbul edən ölkənin diqqətini bütün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətinə cəlb etmək üçün bütün zəruri tədbirlər görülür. “Ümumiyyətlə, artıq hər şeyi Xarici İşlər Nazirliyindəki həmkarlarımız deyiblər”, deyə Kremlin sözçüsü Marseldəki RF Baş konsulluğundakı partlayışı şərh edib.
Qeyd edək ki, bu gün Marseldəki Rusiya Baş konsulluğunda partlayış baş verib. Konsulluğun həyətinə iki molotov kokteyli atılıb. Rusiya XİN sözçüsü Mariya Zaxarova partlayışdə terror aktının əlamətləri olduğunu söyləyib.