

Avropa İttifaqının 16-cı sanksiyalar paketi çərçivəsində Rusiya vətəndaşlarına tətbiq etdiyi şəxsi sanksiya siyahısına kimlərin düşdüyü məlum olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, Aİ erməniəsilli rusiyalı komediya aktyoru Mixail Qalustyana qarşı sanksiyalar tətbiq edib.
Bundan başqa, Aİ-nin sansksiya siyahısına AFK Sistema-nın sahibi Vladimir Yevtuşenkova, “Almaz-Antey” şirkətinin baş direktoru Yan Novikov, erməni əsilli biznesmen Albert Avdolyan, rusiyalı gimnast, olimpiya çempionu Nikita Naqornıya, senator və şahmatçı Sergey Karyakin, teleaparıcı Yuliya Baranovskya və digərləri düşüb.