KTM: Ölümündən sonra donor olmaq istəyən şəxslərin sayı çox azdır Dünya

KTM: Ölümündən sonra donor olmaq istəyən şəxslərin sayı çox azdır

Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə yaxındır.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, aparılan təbliğat və təşviqatlara baxmayaraq, mövcud iki illik statistika çox aşağıdır.

Qeyd edək ki, Azərbaycanın səhiyyə tarixində orqan donorluğu və transplantasiyası sahəsində ilkə imza atılıb. Meyit donorun orqanları transplantasiya edilib. Bu, Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır.