

ABŞ-nin “xarici agentlər”lə bağlı FARA (Xaric Agentlərin Qeydiyyatı Aktı) qanununun eynisi Gürcüstan parlamentində qeydiyyatdan keçirilib və müzakirəyə çıxarılacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bidirib.
Papuaşvili qeyd edib ki, qanun mahiyyətcə ABŞ qanununun “sözbəsöz tərcüməsidir”.
“Parlamentdə nəzərdən keçirilməsi prosesi zamanı o, Gürcüstanın qanunvericilik çərçivəsinə uyğunlaşdırılacaq. Bu, bəzilərinin Gürcüstan qanunları haqqında həm daxildə, həm də xaricdə yaydıqları hər hansı saxta və ya çaşdırıcı narativlərə son qoyur”,- Papuaşvili bildirib.