

Uinston Çörçill də Ukrayna Prezidenti Vladimir Zelenskinin indi hərəkət etdiyi kimi edərdi.
Xalqcebhesi.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevdə Viktor Pinçuk Fondunun təşkil etdiyi xüsusi görüş zamanı deyib.
"Çörçill də Zelenskinin etdiyi kimi edərdi. O da Trampın qarşısında söz seçməzdi”, - Conson bildirib.
O, həmçinin Donald Trampın müharibənin başlanmasında Ukraynanın günahı ilə bağlı açıqlamalarını tənqid edib:
“Bu məntiqlə amerikalılar yaponları Pörl-Harbora hücuma təhrik ediblər. ABŞ-ın hazırkı siyasəti Ukraynanı dəstəkləmək siyasətinə ziddir. Amerikalıların təklif etdiyi reallığı dərk edə bilmirəm, çünki mənim ürəyim var. Xüsusilə, mineral ehtiyatlar üzrə sövdələşmədən danışırıq”.
Conson Trampın Ukraynanın göstərilən dəstəyi kompensasiya etməli olması ilə bağlı tələblərinə müsbət yanaşır.
O xatırladıb ki, Böyük Britaniya İkinci Dünya müharibəsi zamanı verilən Lend-Liz çərçivəsində ödənişləri yalnız 2006-cı ildə dayandırıb.
Onun fikrincə, Trampın fəaliyyətinin əsas məqsədi avropalıların iştirakını artırmaqdır:
“Realist olmalıyıq, lakin öz həll yollarımızı inkişaf etdirməliyik. Xüsusilə, o, Ukrayna torpaqlarında sülhməramlıların əleyhinə deyil, gəlin, bunu edək”.