

Daha çox israilli girovun azad edilməsi qarşılığında Qəzzada atəşkəsi uzatmağa hazırıq.
Xalqcebhesi.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar bildirib.
"Girovlar azad edilmədən bu baş verməyəcək. Biz girovlarımızı azad etmək və Qəzza zolağındakı müharibədə qarşıya qoyduğumuz məqsədlərə nail olmaqla bağlı öhdəlik götürmüşük", - Saar qeyd edib.