

24 Fevral 23:11
24 Fevral 21:48
24 Fevral 21:46
İstanbuldakı görüş istisna olmaqla, indiyədək baş tutan bütün müzakirələrdə Rusiya təcrid edilib. Beləliklə, nəticə əldə olunmayıb. Həm Rusiya, həm də Ukrayna müzakirələrə dəvət edilməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bununla bağlı mövqeyimizi Ukrayna Prezidenti Vladimir Zelesnkiyə, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrova çatdırdıq", - Ərdoğan bildirib.
O, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə bitirməsi istiqamətindəki səylərini dəstəklədiyini qeyd edib.
Xatırladaq ki, Zelenski 18 fevralda, Lavrov isə bu gün Ankarada Ərdoğanla görüş keçirib.