Almaniyada 19 türk əsilli şəxs deputat oldu Dünya

Almaniyada 19 türk əsilli şəxs deputat oldu

Almaniyada dünən keçirilən ümumi seçkilərdə 19 türk əsilli namizəd Federal Məclisə (Bundestaq) millət vəkili kimi daxil olmaq hüququ qazanıb.

Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, türkiyə əsilli millət vəkilləri bu partiyalardan seçilib: Sosial Demokrat Partiyası (SPD) 7, Sol Partiya (Die Linke) 7, Xristian Demokrat Partiyası (CDU) 2, Yaşıllar (Grüne) 2 və Xristian Sosial Birlik Partiyası (CSU) 1 nəfər.

Hakan Dəmir, Mətin Haqverdi, Macit Qaraəhmədoğlu, Mahmud Özdəmir, Aydan Özoğuz, Dərya Türk Naçbaur və Sərdar Yüksel SPD-dən parlamentə seçilən adlar olub.

Sol Partiyadan Gökay Akbulut, Atəş Gürpınar, Fərat Koçak, Cansın Göktürk, Cansu Özdəmir, Cem Hamid İncə və Mirzə Edis, CDU-dan Serap Gülər və Tijen Ataoğlu, Yaşıllardan isə Ayşə Asar və Filiz Polad millət vəkili seçilib.

Qeyd edək ki, ötən dövrdə Almaniyada 18 türk əsilli şəxs parlamentdə çalışırdı.