Ərdoğan xahiş etdi, Tramp Dədəağac hərbi bazasını bağladı Dünya

Ərdoğan xahiş etdi, Tramp Dədəağac hərbi bazasını bağladı

ABŞ Prezidenti Donald Tramp Yunanıstanın Dədəağac (Aleksandrupolis) liman şəhərindəki Amerika hərbi bazasının bağlanması barədə göstəriş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, Bayden administrasiyası dövründə yaradılan baza Ukraynanı silah-sursatla təmin edirdi.

Yunanıstan isə bu bazadan Türkiyəyə qarşı istifadə edirdi və Türkiyə bir neçə dəfə buna öz etirazını bildirmişdi.

Yunan mediasının məlumatına görə, Tramp bu qərarı Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin xahişi ilə verib.

Yunanıstanın “Demokratiya” qəzeti bazanın sökülməsini və Amerika qoşunlarının çıxarılmasını Afinanın Ankara qarşısında strateji məğlubiyyəti kimi qiymətləndirib.