

"Televiziya kanalların xarici qüvvə tərəfindən birbaşa və ya dolayısı ilə maliyyələşdirilməsi – pul vəsaitlərinin və ya digər maddi dəyərlərin alınması qadağan edilir".
Gürcüstan mətbuatı xəbər verir ki, bu dəyişikliklər “Yayımlanma haqqında” qanuna edilir.
Bununla yanaşı, xarici "qüvvə" tərəfindən yayımlayıcının xidmətlərinin satın alınması, habelə proqramın hazırlanması və yayımlanmasının birbaşa və ya dolayısı ilə maliyyələşdirilməsi və ya birgə maliyyələşdirilməsi qadağan olunur.
Bundan əlavə, qanuna yeni bir norma əlavə edilir ki, bu da yayımlayıcının sosial reklam yerləşdirməsi müqabilində birbaşa və ya dolayısı ilə maliyyələşdirmə almasını qadağan edir.
Müvafiq dəyişikliklər “Yayımlanma haqqında” qanuna edilir. Bu, “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyalarının birgə qanunvericilik təşəbbüsüdür və artıq parlamentdə irəli sürülüb.
Cavid