Türkiyədə 74 şübhəli ələ keçirilib Dünya

Türkiyədə 74 şübhəli ələ keçirilib

Türkiyədə 6 vilayətdə 8 fərqli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatına qarşı keçirilən əməliyyatlarda 74 şübhəli tutulub.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib: “İstanbulda, Balıkesirdə, Antalyada, Tekirdağda, Kırklarelidə, Bursada 8 ayrı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatına qarşı 6 vilayətdə keçirilən əməliyyatlarda 74 şübhəli ələ keçirilib. Onlardan 43-ü həbs edilib, 20-si barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb”.