Türkiyədə narkotik əməliyyatında 18 nəfər saxlanılıb Dünya

Türkiyədə narkotik əməliyyatında 18 nəfər saxlanılıb

İzmir Respublika Baş Prokurorluğunun koordinasiyasında və təlimatlarına uyğun olaraq İzmir İl Jandarma Komandanlığı qrupları terror və mütəşəkkil cinayət təşkilatlarının maliyyə qaynaqlarının qurudulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinin qarşısının alınması istiqamətində işlər həyata keçirib.

Xalqcəbhəsi.az Türkiyənin “sozcu.com.tr” saytına istinadən bildirir ki, bu çərçivədə İzmir və Manisada 11 evdə əməliyyat keçirilib. Həmin ünvanlarda aparılan axtarışlarda 31 ədəd sintetik həb, 23 qram metamfetamin, 8 qram heroin, 4 qram marixuana, 1 qram kokain, 1 ədəd tərəzi, 9 ədəd narkotik vasitə, 9 ədəd telefon və sim kart, 1 ədəd sənədsiz tapança və 53 ədəd güllə aşkar edilərək götürülüb. Əməliyyat zamanı 11 şübhəli “narkotik vasitələrin hazırlanması və satışı”, 7 şübhəli isə “istifadə üçün narkotik vasitələrin alınması və saxlanması” ittihamı ilə saxlanılıb.