KİV: ABŞ dəstəyi dayandırsa, Ukraynanın silah ehtiyatı yayadək kifayət edəcək Dünya

KİV: ABŞ dəstəyi dayandırsa, Ukraynanın silah ehtiyatı yayadək kifayət edəcək

ABŞ dəstəyi dayandırsa, Ukraynanın hazırkı silah ehtiyatı sadəcə yay aylarınadək kifayət edəcək.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinə Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi Selesta Uollander deyib.

O bildirib ki, Prezident Donald Trampın son vaxtlar Ukrayna lideri Volodimir Zelenski əleyhinə açıqlamaları rəsmi Vaşinqtonun bu ölkəyə dəstəyi dayandıracağı ehtmallarını artırır.

Onun bu fikri ilə Ukraynalı ekspertlər də razıdırlar. Belə ki, burada fəaliyyət göstərən “Come Back Alive” Qeyri-Hökumət Təşkilatının baş analitiki Nikolay Beleskov həmin faktorun Ukraynanın itkilərinin sayını artıracağını düşünür.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiya Ukraynaya 70 milyard dollar məbləğində hərbi yardım göstərib.

Digər tərəfdən, bu dövrdə Ukrayna tərəfi illik silah-sursat istehsalı həcmini 30 milyard dollara çatdırıb. Təkcə 2024-cü il ərzində bu ölkə 1,5 milyon ədəd pilotsuz uçuş aparatı (PUA) istehsal edib. Bu il isə ölkənin 3000 ədəd raket və 30 min PUA istehsalı ilə bağlı planları var.

Ümumilikdə Ukrayna Ordusunun istifadə etdiyi hərbi texnikanın 55 faizi daxili istehsalın payına düşür. ABŞ və Avropa isə Silahlı Qüvvələrin texniki təchizatının 45 faizini üzərinə götürüb.

Hazırda ABŞ-nin öhdəliyində Ukraynaya 3,8 milyard dollarlıq silah-sursat göndərilməsi öhdəliyi mövcuddur.