ABŞ-də təyyarə tüstü ilə dolub, sərnişinlər təxliyə edilib Dünya

ABŞ-də təyyarə tüstü ilə dolub, sərnişinlər təxliyə edilib

ABŞ Federal Aviasiya İdarəsi (FAA) Delta hava yolları məxsus Boeing 717 sərnişin təyyarəsinin Atlanta Hartsfield-Jackson Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra salonda duman və ya tüstü müşahidə edildiyi üçün hava limanına geri döndüyünü açıqlayıb.

Açıqlamaya görə, təyyarədə 94 sərnişin, 2 pilot və 3 stüardessa olub. Təyyarə Cənubi Karolinaya gedərkən problem yaşadıqdan sonra Atlantaya qayıdıb və təhlükəsiz eniş edib.

FAA rəsmiləri bildiriblər ki, problemin mənbəyi ilə bağlı araşdırma başlayıb.