

Hindistanın Andhra Pradeş əyalətində keçirilən "Maha Şivaratri" festivalına gedən bir qrupa meşədə fil sürüsü tərəfindən hücum edilib.
Səlahiyyətlilər fillərin altında qalaraq əzilən 5 nəfərin hadisə yerində öldüyünü, yaralıların isə xəstəxanaya aparıldığını bildirib.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu qeyd olunub.