

25 Fevral 20:53
25 Fevral 18:24
2014-cü ilin mart ayında yoxa çıxan Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı axtarış işləri yenidən başlayıb.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, yeni axtarış əməliyyatlarına "Ocean Infinity" şirkətinə aid "Armada 7806" gəmisi cəlb olunub.
Prosesin gedişatında okean dibindən xüsusi robotlarla məlumat toplanacağı qeyd edilib. Əgər təyyarənin qalıqları tapılarsa, "Ocean Infinity" şirkətinə təxminən 70 milyon dollar ödəniş edilməsi gözlənilir.
Xatırladaq ki, 2014-cü ildə Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə uçan təyyarə ilə uçuşdan 38 dəqiqə sonra əlaqə kəsilib. Bəzi radar qeydlərində təyyarənin planlaşdırılmış marşrutdan çıxdığı və Hind okeanının cənubuna doğru uçduğu bildirilir. Hava gəmisində 227 sərnişin və 12 ekipaj üzvü olub.