

25 Fevral 20:53
25 Fevral 18:24
Polşa Ukraynaya 200 milyon avro məbləğində yeni yardım paketi göndərəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
O qeyd edib ki, sözügedən yardım bəzi Avropa ölkələrinin Kiyevə müharibə ərzində göstərdiyi bütün dəstəkdən daha böyükdür.
"Biz Ukraynaya yardıma davam edəcəyik", - müdafiə naziri vurğulayıb.
Vladislav Kosinyak-Kamış həmçinin ukraynalı hərbçilərə hərbi təlimlərin keçiriləcəyini də bildirib.