Amerikalıların Rusiya ilə danışıqlara münasibəti - Sorğu Dünya

Amerikalıların Rusiya ilə danışıqlara münasibəti - Sorğu

ABŞ-da “Harvard CAPS-Harris” şirkətinin keçirdiyi sorğuya görə, ölkə əhalisinin əksəriyyəti Prezident Donald Trampın “Amerikanı yenidən nəhəng edən” islahatlarını dəstəkləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Soğru nəticələrinə əsasən:

- amerikalıların 81 faizi cinayətkar qeyri-qanuni immiqrantların deportasiyasını;

- 76 faiz hökumətdə dələduzluq və israfçılığı aradan qaldırmaq üçün tammiqyaslı səyləri;

- 76 faiz əlavə təhlükəsizlik və siyasi tədbirlərlə sərhədin bağlanmasını;

- 69 faiz kişilərin qadın idmanına buraxılmaması fikrini;

- 68 faiz hökumətin yalnız iki cinsin olduğunu bəyan etməsini;

- 65 faiz hökumətdə irqi-qərəzli işə son qoymağı;

- 63 faiz bütün xarici yardım xərclərinin və onu idarə edən departamentin dondurulmasını və yenidən qiymətləndirilməsini;

- 61 faiz qarşılıqlı tarifləri;

- 60 faiz isə Ukraynada müharibəyə son qoymaq üçün birbaşa ABŞ-Rusiya danışıqlarını dəstəkləyir.

Ağ Evin bəyanatında deyilir ki, əksər amerikalılar Trampın fəaliyyətini bəyənir, hər on nəfərdən altısı onun sələfi Co Baydendən daha yaxşı iş gördüyünü deyir.