

25 Fevral 20:53
25 Fevral 18:24
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu həftə Nyu Dehliyə səfəri zamanı baş nazir Narendra Modidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə kömək etməsini xahiş edəcək.
Bu barədə “Bloomberg“ Avropadakı mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Aİ Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsində maraqlıdır və Hindistana səfəri zamanı Von der Leyen Modidən bu məhdudiyyətlərin gücləndirilməsi üçün kömək istəyəcək.
Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi AK rəhbərinin fevralın 27-28-də Hindistana rəsmi səfər edəcəyini açıqlamışdı.
Hindistan Qərbin Rusiyaya qarşı sanksiyalarını rəsmi olaraq dəstəkləmir. Ölkənin XİN rəhbəri Subrahmanyam Jaişankar bildirib ki, BMT-nin təşəbbüsü olmadan hər hansı ölkəyə qarşı sanksiyaların tətbiqi Hindistan diplomatiyasının bir hissəsi deyil.