

25 Fevral 20:53
25 Fevral 18:24
Putin-Tramp görüşü yaxşı hazırlanmalıdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezidentlərin görüşünə yaxşı hazırlaşmaq lazımdır. Həm dövlət başçılarının, həm də yüksək səviyyəli nümayəndə heyətlərinin başçılarının Ər-Riyadda əldə etdiyi razılaşmalar mərhələli şəkildə həyata keçirilir. Xarici İşlər Nazirliyinin xətti ilə ekspertlər səviyyəsində təmaslar hazırlanır. Beləliklə, iş ən yüksək səviyyədə görüşün hazırlanmasına doğru gedir", - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov Putinlə Tramp arasında yeni telefon danışığının baş verməsinin mümkünlüyünə də toxunub. Bildirib ki, lazım gələrsə, Putinlə Tramp arasında telefon danışığı istənilən vaxt baş tuta bilər: "Dialoq bərpa olunub. Hələlik belə planlar yoxdur. Ancaq bu planlar operativ şəkildə dəyişə bilər".