Ermənistanda keçmiş deputatın oğlu silah-sursatla saxlanılıb Dünya

Ermənistanda keçmiş deputatın oğlu silah-sursatla saxlanılıb

Polisin İrəvanda keçirdiyi əməliyyat zamanı saxlanılan keçmiş deputat Andranik Manukyanın oğlu David Manukyan silah-sursatla saxlanılıb.

APA “Armenia-Today” saytına istinadən xəbər verir ki, onun avtomobilinə baxış zamanı bir ədəd “IJ” markalı tapança, içərisində “CZ” tipli tapançanın patronları olan qutu, eləcə də uzunluğu 7 sm olan bir ədəd bıçaq aşkarlanıb.

D. Manukyanın silahın sənədlərini polisə təqdim etdiyi də məlum olub.