

25 Fevral 20:53
25 Fevral 18:24
Türkiyə ilə Gürcüstan Xəzər dənizinin enerji qaynaqlarını dünya bazarına çıxarmaqda əsas rol oynayır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə uzun illər ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti ilə enerji təhlükəsizliyinə töhfə verir.
Hakan Fidan, həmçinin, ölkəsinin Gürcüstanın yeni hakimiyyəti ilə güclü əməkdaşlığı davam etdirdiyini vurğulayıb.
Türkiyəli nazir Orta Dəhlizin xüsusi önəmə malik olduğunu əlavə edib: “Bununla bağlı Orta Dəhlizin ana sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm veririk”.