Tramp administrasiyası USAID müqavilələrinin 90%-dən çoxunu ləğv edəcək Dünya

Tramp administrasiyası USAID müqavilələrinin 90%-dən çoxunu ləğv edəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamenti ilə xarici yardım müqavilələrinin 90%-dən çoxunu ləğv etməyi planlaşdırır.

Bu barədə Associated Press (AP) xəbər agentliyi məlumat yayıb.

AP-nin əldə etdiyi memorandumda Trampın sifarişi ilə USAİD tərəfindən verilən bütün vəsaitlərin nəzərdən keçirilməsinin nəticələri təsvir edilib. Agentlik bildirib ki, ABŞ 60 milyard dollarlıq xarici yardımı kəsməyi planlaşdırır, Tramp administrasiyası çərşənbə günü təqdim etdiyi memorandumda və məhkəmə sənədlərində öz planlarını açıqlayıb.

Cavid