"Zelenski öz ətrafı tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq" Dünya

"Zelenski öz ətrafı tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq"

Ali Radanın deputatı Aleksandr Dubinski bildirib ki, Vladimir Zelenski hakimiyyətdən öz yoldaşları tərəfindən uzaqlaşdırılacaq.

İstintaq təcridxanasında olan deputat öz Teleqram kanalında yazıb ki, Zelenski “indi onun ətrafında olanlar tərəfindən vurulacaq”, çünki o, artıq onların qənimətlə qaçmasına mane olur.

Dubinskinin sözlərinə görə, təhlükə altında olanlar yaxşı başa düşürlər ki, talan etdikləri vəsaitin həcmi üzə çıxana qədər Zelenski ilə məşğul olmalıdırlar.

O, həmçinin Zelenskinin siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin qətlində əli olduğunu bildirib.

Cavid