"Zelenski indi ümidsiz vəziyyətdədir" Dünya

"Zelenski indi ümidsiz vəziyyətdədir"

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın təklif etdiyi resurs sazişini, hətta sənəddə Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı müddəaları əks etdirməsə belə, imzalamalı olacaq.

Bu barədə Yaponiyanın Mainichi Shimbun (MS) nəşri yazır.

"Zelenski indi ümidsiz vəziyyətdədir - o, resursların inkişafına razılıq verməli olacaq", - məqalə müəllifi vurğulayır.

O, həmçinin hesab edir ki, Kiyevin Vaşinqtonla münasibətləri o qədər pisləşib ki, onları yalnız razılaşma xilas edə bilər. Əks halda, Ukrayna ABŞ-ın dəstəyindən məhrum qalmaq riski ilə üzləşir.

Cavid