Türkiyənin Kastamonu bölgəsində yanğın olub Dünya

Türkiyənin Kastamonu bölgəsində yanğın olub

Türkiyənin Kastamonu şəhərinin Ağlı rayonunda Muxtar İlhan Çakalın evində naməlum səbəbdən yanğın baş verib.

Xalqcəbhəsi.az Türkiyənin “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, sürətlə böyüyən yanğın onun evinin yanında yerləşən digər evlərə də keçib.

Yanğının baş verdiyini görən kənd sakinləri vəziyyəti yanğınsöndürmə bölməsinə bildiriblər. Həmin vaxt evdə olanları kənd sakinləri pəncərədən çıxarıb. Xilas olunarkən yaralananlar Ağlı Dövlət Xəstəxanasına aparılıb.

Yanğına Ağlı, Azdavay, Devrekani və Seydilər bələdiyyələrinin yanğınsöndürmə qrupları və Meşə Əməliyyat Müdirliyi qrupları müdaxilə edib.

Nəzarət altına alınan yanğında bir neçə ev yararsız hala düşüb. Yanğında Muxtar İlhan Çakala məxsus tövlədə 40 baş xırdabuynuzlu və 10 baş iribuynuzlu mal-qara tələf olub.