Türkiyədə 63 şübhəli tutulub Dünya

Türkiyədə 63 şübhəli tutulub

Türkiyədə 8 müxtəlif mütəşəkkil cinayət qrupuna qarşı keçirilən əməliyyatlarda 63 şübhəli tutulub.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib: “İstanbul, Diyarbəkir, Antalya, İzmir, Balıkesir, Tekirdağ və Qaziantepdə 8 müxtəlif mütəşəkkil cinayət qruplarına qarşı keçirdiyimiz əməliyyatlarda 63 şübhəli ələ keçirilib. Onlardan 48-i həbs edilib, 11-i barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Digərləri hələ də prosesdədir”.