Yaponiyada meşə yanğını ilə əlaqədar 2 minə yaxın insan təxliyə edilib Dünya

Yaponiyada meşə yanğını ilə əlaqədar 2 minə yaxın insan təxliyə edilib

Yaponiyanın şimal-şərqində dünən başlayan meşə yanğınının davam etdiyi açıqlanıb.

Səlahiyyətlilər, İvate əyalətinə bağlı Ofunato şəhərində baş verən meşə yanğınında 600 hektar ərazinin külə döndüyünü və bölgədəki 2 min nəfərin təxliyəsi üçün göstəriş verildiyini açıqlayıb.

Yanğınsöndürmə işlərinin davam etdiyini deyən səlahiyyətlilər həmçinin hərbi helikopterlərin meşə yanğınına havadan müdaxilə etdiyini də qeyd edib.

Ərazidə aparılan iş zamanı yanmış cəsədlər tapılıb.

Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyi ətrafdakı əyalətlərdən yanğınsöndürmə personalı tələb edib.