

"Bizim ABŞ ilə mümkün olan minimum ticarət dövriyyəmiz var. Hansısa tarif və ya rüsum bizə təsir edə bilməz".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz şübhəsiz ki, dünyada çoxlu ticarət müharibələri görmək istəməzdik. Bu və ya digər şəkildə bu, dünyanın bütün ölkələrinə mənfi təsir göstərəcək. Bilirsiniz ki, mövcud olduğumuz indiki şəraitdə biz diqqətimizi dost ölkələrimizə, BRİСS ölkələrinə, bizimlə ticarətdə maraqlı olan digər qitələrə yönəldirik. Orada biz artıq öz maraqlarımıza və tərəfdaşlarımızın maraqlarına ən uyğun olan modallıq qururuq. Çalışırıq ki, ticarət müharibələrindən yan keçək", - Riyada prezidentinin sözçüsü vurğulayıb.