Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib Dünya

Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin əmri ilə İqor Titov Rusiyanın Ermənistanın Gümrü şəhərindəki Baş konsulu təyin edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Titov Yaponiyada "Rossotrudniçestvo" nümayəndəliyinin rəhbəri, "Rusiya-Yapon Cəmiyyəti" Ümumrusiya İctimai Təşkilatının prezidenti vəzifəsində çalışıb.

O, Rusiyanın Ermənistanın Qafan şəhərində Baş Konsulluğunun açılması ilə bağlı qabaqcıl qrupun rəhbəri olub.