Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
Kəmaləddin Heydərov: Azərbaycan taekvondosu davamlı inkişaf edir
Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib
AZAL təyyarəsinin vurulduğu təsdiqlənib: Araşdırmalar danılmaz reallığı üzə çıxarır
27 Fevral 17:37
1 883
Mərakeş Kralı VI Məhəmməd bu il qurban kəsilməməsi barədə xalqa çağırış edib.
Xalqcebhesi.az xəbər verir ki, Kralın qərarını Mərakeş dövlət teleziyası səsləndirib.
Kralın mesajında bildirilib ki, ölkədə iqlim və iqtisadi çətinliklər yaşanır və bu, mal-qaranın sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Həmçinin vurğulanıb ki, qurbankəsmə mühüm dini ayin olsa da, indiki şəraitdə onun icrası yoxsullar üçün dözülməz yükə çevrilə bilər. Xalqı qurban kəsməkdən çəkinməyə çağıran Kral əlavə edib ki, o, mərakeşlilər adından ayini özü yerinə yetirəcək.
O, Qurban bayramının mənəvi mənalarının qorunacağını da bildirib. Kral bu qərarı Mərakeş xalqı adına verdiyini qeyd edib.
Bildirək ki, Mərakeşdə 1963, 1981 və 1996-cı illərdə də qurban kəsməkdən imtina edilmişdi.