
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
27 Fevral 21:46
27 Fevral 21:46
27 Fevral 17:09
27 Fevral 17:04
26 Fevral 23:25
İraq Kürdüstanı PKK terror təşkilatının üzvlərinin silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəkləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani deyib.
O, bu çağırışı müsbət qarşıladıqlarını bildirib:
“PKK bu çağırışa sadiq qalmalıdır. Bu addımın sabitliyə töhfə verəcəyinə ümid edirik. Beləliklə, daha yaxşı nəticə əldə etmək olar. Silahlı mübarizə artıq əhəmiyyətini itirib”.
Bərzani həmçinin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP hakimiyyətə gəldiyi ilk gündən etibarən sabitlik üçün çalışır.
Qeyd edək ki, Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa çağırıb.