
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
27 Fevral 21:46
27 Fevral 21:46
27 Fevral 17:09
27 Fevral 17:04
26 Fevral 23:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə istənilən vaxt Ukraynadakı münaqişənin sülh yolu ilə həlli variantlarının tapılması üçün platforma təqdim etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bu barədə Türkiyə lideri ilə görüşündən sonra jurnalistlərə bildirib.
“Türkiyə həqiqətən də Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün səylər göstərir və buna görə mən prezidentə təşəkkür etdim. İstənilən vaxt platforma təqdim etməyə hazırdırlar”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyədə səfərdə olan Matviyenko Rəcəb Tayyib Ərdoğanla görüşüb.