Almaniya Öcalanın çağırışını şərh etdi Dünya

Almaniya Öcalanın çağırışını şərh etdi

PKK lideri Abdullah Öcalanın son çağırışı tarixi bir fürsət, zorakılığa son qoyulması üçün önəmli bir başlanğıcdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Bununla bağlı digər addımlar da gərəklidir. Federal hökumət prosesə dəstək olmaq üçün lazımi hər cür yardımı göstərməyə hazırdır”, - deyə bildirilib.

Qeyd edək ki, Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa və PKK-nı buraxmağa çağırıb.