ABŞ və Rusiya nümayəndə heyətləri ilkin razılığa gəlib Dünya

ABŞ və Rusiya nümayəndə heyətləri ilkin razılığa gəlib

Fevralın 27-də İstanbulda ABŞ və Rusiya nümayəndə heyətləri konstruktiv müzakirə aparıb və diplomatik missiyaların işinin sabitləşdirilməsi istiqamətində ilk addımları müəyyən ediblər.

Bu barədə cümə axşamı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddən göründüyü kimi, ABŞ nümayəndələri müqavilə çərçivəsində göstərilən bank əməliyyatları və xidmətlərinə çıxışla bağlı “narahatlıqlarını” ifadə ediblər, həmçinin “ABŞ-ın Moskvadakı səfirliyinin sabit və davamlı kadr təminatına ehtiyac olduğunu” bildiriblər.

"Konstruktiv müzakirələr yolu ilə hər iki tərəf bu sahələrdə missiyaların ikitərəfli sabitləşdirilməsi istiqamətində konkret ilkin addımları müəyyən edib”, - deyə məlumatda vurğulanır.

Tərəflərin tezliklə müəyyən ediləcək tarixdə “bu məsələlərə həsr olunmuş əlavə görüşün” keçirilməsi barədə razılığa gəldiyi vurğulanır.

Cavid