HAMAS İsraillə atəşkəs razılaşmasının növbəti mərhələsinə keçməyə hazır olduğunu açıqlayıb Dünya

HAMAS İsraillə atəşkəs razılaşmasının növbəti mərhələsinə keçməyə hazır olduğunu açıqlayıb

HAMAS Qəzza zolağında İsraillə atəşkəs razılaşmasının icrasını davam etdirməyə və sazişin növbəti mərhələsinə keçməyə hazır olduğunu açıqlayıb.
APA xəbər verir ki, bu barədə HAMAS-ın yaydığı bəyanatda qeyd edilib.

“Atəşkəs razılaşmasının birinci mərhələsinin bağlanması ilə biz razılaşmanın bütün bəndlərinin bütün mərhələlərində və təfərrüatlarında həyata keçirilməsinə dair tam öhdəliyimizi vurğulayırıq. Biz beynəlxalq ictimaiyyətdən tələb edirik ki, heç bir gecikmə və ya yayınma olmadan razılaşmaya tam sadiq qalması və dərhal ikinci mərhələyə daxil olması üçün İsrailə təzyiq göstərsin”, - bəyanatda qeyd edilib.