“Terrorsuz Türkiyə hədəfinə çatmağın zamanı gəldiyini bildiririk” Dünya

“Terrorsuz Türkiyə hədəfinə çatmağın zamanı gəldiyini bildiririk”

Türkiyənin AK Partiya sözçüsü Ömər Çelik, "Bu gün gəldiyimiz nöqtədə artıq terrorsuz Türkiyə hədəfinə çatmağın zamanı gəldiyini bildiririk” deyib.

Xalqcebhesi.az Türkiyənin “Anadolu” Xəbər Agentliyinə istinadən qeyd edir ki, o, "Hansı adla olursa olsun İraq və Suriyadakı bütün ünsürləri və uzantıları ilə terror təşkilatı silahlarını yerə qoymalıdır” deyə bildirib.

Ö.Çelik əlavə edib ki, Türkiyənin dövlət qurumları bölgədəki hadisələri izləyərək prosesin nə yerdə inkişaf etdiyini açıq şəkildə görəcək.