ABŞ təsdiqlədi: Darçiyev Vaşinqtona səfir gedir Dünya

ABŞ təsdiqlədi: Darçiyev Vaşinqtona səfir gedir

İstanbuldakı məsləhətləşmələr zamanı ABŞ Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevin Rusiyanın ABŞ-dakı yeni səfiri təyin edilməsinə dair aqreman ilə rəsmi nota təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının bəyanatında deyilir.

Darçiyevin yaxın vaxtlarda Vaşinqtona gedəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı əvvəlki səfiri Anatoli Antonov missiyasının başa çatması ilə əlaqədar ötən ilin oktyabrında vəzifəsini tərk edib.