Yunanıstanda 300 min insan etiraza qalxdı - Video Dünya

Yunanıstanda 300 min insan etiraza qalxdı - Video

Yunanıstanın paytaxtı Afinada parlament binası qarşısında 200 min insanın iştirakı ilə kütləvi mitinq keçirilib.

Xalqcebhesi.az “sdna.gr” portalına istinadən xəbər verir ki, mitinq 2 il öncə dəhşətli qatar qəzasında ölən insanların yaxınlarının çağırışı ilə baş tutub.

Bildirilib ki, mərkəzi Sintaqma meydanı və ona bitişik küçələrdə 300 minə yaxın insan etiraza qoşulub.

Xeyli sayda insanın mitinqə uşaqları ilə gəldiyi bildirilib. Etirazçılar hakimiyyət orqanlarından qəza ilə bağlı obyektiv araşdırma aparılmasını tələb edirlər.

Bundan əlavə, Yunanıstan başqa şəhərlərində də faciənin ildönümü ilə bağlı kütləvi nümayişlər keçirilib.

Qeyd edək ki, 2023-cü il fevralın 28-dən martın 1-nə keçən gecə Tempi şəhərində Afina-Saloniki sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 57 nəfər ölüb, onlarla insan yaralanıb.

Qəza ilə bağlı istintaq hələ də davam edir. Müxalifət partiyaları və bir çox vətəndaşlar hesab edir ki, yük qatarında naməlum yanar maddənin qeyri-qanuni daşınması ilə bağlı məlumatlar gizlədilir.