Yuxarı Lars yenə bağlandı: Uçqun təhlükəsi... Dünya

Yuxarı Lars yenə bağlandı: Uçqun təhlükəsi...

Gürcüstan-Rusiya sərhədinə (Yuxarı Lars keçid məntəqəsi) gedən yolda yüksək uçqun təhlükəsi ilə əlaqədar bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Xalqcebhesi.az xəbər verir ki, Gürcüstan Avtomobil Yolları Departamentinin açıqlamasında bildirilir.

Xüsusilə, nəqliyyat vasitələrinin hərəkətinə qadağa Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində qüvvədədir.

Stepantsminda-Lars hissəsində nəqliyyatın hərəkətinə məhdudiyyət yoxdur.