Tramp Zelenski ilə mübahisəni qəfil kəsdi: Şou bəsdir Dünya

Tramp Zelenski ilə mübahisəni qəfil kəsdi: Şou bəsdir

Xəbər verdiyimiz kimi, Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens arasında keçirilən görüşdə ciddi mübahisə yaranıb.

Xalqcebhesi.az xəbər verir ki, Tramp qəfildən jurnalistlərə çevrilərək, onların otaqdan çıxarılmasına bu cür işarə edib.

- Düşünürəm ki, siz kifayət qədər müşahidə etdiniz. Siz nə düşünürsünüz? Bu əla televiziya şousu olacaq.

Qeyd edək ki, bundan sonra jurnalistlər otaqdan çıxarılıb. Hazırda görüş qapalı davam edir.