Zelenski Ağ Evi erkən tərk etdi, konfrans ləğv edildi – Təcili Dünya

Zelenski Ağ Evi erkən tərk etdi, konfrans ləğv edildi – Təcili

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla gərgin danışıqlardan sonra Oval kabineti erkən tərk edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Reuters” Ağ evin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın dövlət başçısı ABŞ-dən olan həmkarı ilə işgüzar nahar etməli idi və hər iki lider birgə mətbuat konfransı zamanı minerallar üzrə saziş imzalamağa hazırlaşırdılar.

Lakin Zelenskinin zirehli yolsuzluq avtomobili Trampın “Truth Social”dakı paylaşımından bir neçə dəqiqə sonra qəfildən Ağ evin Qərb Qanadının qapısına yaxınlaşıb.

Agentlik qeyd edib ki, hazırda danışıqların qrafikində heç bir dəyişiklik olmayıb.