TASS müxbiri Tramp-Zelenski görüşündən qovuldu Dünya

TASS müxbiri Tramp-Zelenski görüşündən qovuldu

Rusiyanın TASS informasiya agentliyinin müxbiri ABŞ və Ukrayna prezidentləri - Donald Tramp və Vladimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdən qovulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Dövlət agentliyinin akkreditasiya olunmuş media qurumları siyahısında olmadığı vurğulanıb.

Reportyoru Oval kabinetdən Ağ evin mətbuat katibi Kerolayn Levitt müşayiət edib.