

Amerika tərəfindən tərk edilmiş Ukrayna Britaniya və Avropadan asılı olaraq qalır. Onilliklər boyu müstəqil şəkildə müharibə aparmayan dövlətlər siyasi səhnəyə çıxır və indi onların hansı resurslara, gücə malik olduğunu görəcəyik.
Xalqcebhesi.az xəbər verir ki, bunu Gürcüstanın Xalqın Gücü Partiyasının üzvü Tamar Çiburdanidze bildirib.
“Artıq Ukraynaya bütün yardımların dayandırılması ilə bağlı ilk açıqlama verilib. Bu, hələ başlanğıcdır. Tramp BRİKS müttəfiqliyini gücləndirən və Amerika üçün təhlükə yaradan Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsinə imkan verməyəcək. Müharibə siyasətinin müəllifləri sülhü qəbul etməsələr də, uzunmüddətli perspektivdə bu müharibəyə son qoymaq başqa yolla mümkündür. Bu da, birbaşa Avropanın məhvi deməkdir”, - siyasətçi vurğulayıb.
Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.
Bunun ardınca Avropa liderləri, o cümlədən Kanada Baş naziri Trüdo Zelenskiyə birmənalı dəstək veriblər.